15/10/2021
12:26
4015
| A A A
Mbappe yekun qərarını verdi

Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini uzatmayacaq.

Goal.az xəbər verir ki, 23 yaşlı hücumçu cari mövsümün sonunda Paris klubunu Real Madrid-ə dəyişmək niyyətindədir.

İddiaya görə, gənc forvard sözləşməni yeniləməməklə bağlı prinsipial qərar qəbul edib. O, klubun təklif edəcəyi maaşdan asılı olmayaraq, PSG-dən ayrılacaq.

Qeyd edək ki, Kilian Mbappenin paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatacaq. Real Madrid futbolçuya 6 illik müqavilə və 40 milyon avro məvacib təklif edib.