15/10/2021
15:35
2259
| A A A
Koutinyo Liverpool-a qayıdır?

Barcelona-nın yarımmüdafiəçisi Felipe Koutinyo Liverpool-a qayıda bilər.

Goal.az xəbər verir ki, transferin bu qış reallaşacağı gözlənilir.

Barcelona-nın prezidenti Joan Laporta da Koutinonun getməsinə razıdır. Liverpool braziliyalı futbolçunu qış transfer pəncərəsi dönəmində qaytarmağa hazırdır.

"Mersisaydlılar"ın baş məşqçisi Yurgen Klopp da futbolçunu heyətində görməkdən məmnun olacaq.

Xatırladaq ki, Koutinyo 2018-ci ildə Liverpool-dan 135 milyon avroya Barcelona-ya transfer olub.