Suarez Atletico Madrid-dən ayrıla bilər
Atletico Madrid-in hücumçusu Luis Suarez klubunu dəyişə bilər.
Goal.az xəbər verir ki, uruqvaylı futbolçu Atletico-dakı durumundan razı olmadığından bu addımı atmağı planlaşdırır. Suarez mövsümün sonunda MLS təmsilçisi İnter Miami-yə keçməyə isti yanaşır.
Qeyd edək ki, İnter Miami-nin sahibi əfsanəvi futbolçu Devid Bekhemdir.