Artur Premyer Liqa nəhənginə keçir
Juventus-un futbolçusu Artur Melo karyerasını İngiltərədə davam etdirə bilər.
Goal.az xəbər verir ki, 25 yaşlı braziliyalı yarımmüdafiəçi Arsenal ilə razılıq əldə edib.
Arsenal hazırda Juventus-la danışıqlar aparır. Turin təmsilçisi futbolçusunu satmaq niyyətində deyil. Tərəflər arasında görüşlər davam edir.
Qeyd edək ki, Artur bu mövsüm Juventus-la 11 oyuna çıxıb.