Juventus-un yeni transfer hədəfi
Valencia-nın futbolçusu Maksi Qomes karyerasını İtaliyada davam etdirə bilər.
Goal.az xəbər verir ki, hücumçu Juventus-a keçməyə yaxındır.
Qomes bu keçidin qışda reallaşmasını istəyir. Onun yanvarın sonunadək yeni komandasına qoşulacağı gözlənilir.
Turin təmsilçisinin hücumçunu icarəyə götürməyi planlaşdırır. Anlaşmada futbolçunun sonradan alınması da nəzərdə tutulacaq.