Burak Yılmaz İtaliya klubunun hədəfində
Lille-in futbolçusu Burak Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.
Goal.az xəbər verir ki, türkiyəli hücumçu ilə Salernitana yaxından maraqlanır.
Salernitana-nın baş məşqçisi Valter Sabatini rəhbərlikdən 36 yaşlı hücumçunun heyətə cəlb edilməsini istəyib.
Qeyd edək ki, Burak bu mövsüm Lille-lə 26 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.