Eriksen Premyer Liqa klubuna keçir
Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını yenidən Premyer Liqada davam etdirəcək.
Goal.az xəbər verir ki, hazırda azad agent olan 30 yaşlı yarımmüdafiəçi Brentford-la anlaşıb. Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Kristian Eriksenin son klubu İnter olub.