Ronaldo keçmiş klubuna qayıdır
Manchester United-in hücumçusu Kriştiano Ronaldo Real Madrid-ə qayıda bilər.
Goal.az xəbər verir ki, Madrid təmsilçisi portuqaliyalı oyunçunu yenidən kluba qaytarmaqda maraqlıdır. Ronaldonun özünün də bu keçidə isti yanaşdığı bildirilir.
Qeyd edək ki, 37 yaşlı futbolçu 2009-2018-ci illərdə "kral klubu"nda çıxış edib.