13/05/2022
12:26
795
| A A A
Koutinyonun maaşı 70 faiz azaldılıb

Barcelona-dan Aston Villa-ya transfer olunan Filippe Koutinyonun müqaviləsinin detalları bəlli olub.

Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi icarə əsasında oynadığı İngiltərə klubunda qalmaq üçün maaşının azaldılmasına razılaşıb.

O, təxminən 70 faizlik güzəştə gedib. Koutinyo 4 illik müqaviləyə əsasən həftədə 125 min funt sterlinq qazanacaq. Cənubi amerikalı İspaniyada vergilər çıxılmadan 470 min əldə qazanırdı.

Qeyd edək ki, Aston Villa transfer üçün 20 milyon avro ödəyib. Koutinyonun gələcək satışının 50 faizi də Barcelona-ya çatacaq. (apasport)