Napoli-dən Real Madrid-ə
Real Madrid yeni qapıçı ilə güclənməyi planlaşdırır.
Goal.az xəbər verir ki, İspaniya klubu David Ospinanın xidmətində maraqlıdır.
Napoli-nin kolumbiyalı qapıçısı yayda azad agent statusu alacaq. Real Madrid də 33 yaşlı əlcək sahibini pulsuz heyətinə qatmaq imkanından yararlanmaq niyyətindədir. O, yeni komandasında Tibo Kurtuanın əvəzləyicisi ola bilər. (apasport)