İnter-dən Manchester City-yə rədd cavabı
Manchester City İnter-in müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir.
Goal.az xəbər verir ki, “şəhərlilər”in bu keçid üçün ilk cəhdi uğursuz alınıb.
MC 23 yaşlı oyunçu müqabilində Milan təmsilçisinə 60 milyon avro təklif edib. Lakin “neradzurri” məsələni müzakirəyə çıxarmadan rədd cavabı verib.
Qeyd edək ki, Alessandro Bastoni 2017-ci ildən İnter-in formasını geyinir.