Real Madrid Mbappenin əvəzedicisini tapdı
Real Madrid yay transfer pəncərəsində heyətinə yeni hücumçu qatacaq.
Goal.az xəbər verir ki, baş tutmayan Mbappe transferindən sonra Madrid klubunun rəhbərliyi hücumçu axtarışına başlayıb. Milan-ın hücumçusu Rafael Leao namizədlərdən biri sayılır. Portuqaliyalı futbolçunun Milan-la 2024-cü ilə qədər müqaviləsi var.
Real Madrid Leao üçün Milan-a 50 milyon avro ödəməyə hazırdır.