25/05/2022
17:58
5648
| A A A
Real Madrid türk futbolçuyla maraqlanır

Leicester City-nin futbolçusu Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Madrid klubunda müdafiə mövqeyinə namizədlər arasında türk oyunçunun da yer aldığı bildirilib.

Türkiyə millisinin köməkçi məşqçisi Kənan Koçak Real-ın müdafiəçi ilə maraqlandığını təsdiqləyib.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi geridə qalan mövsümdə 41 oyuna çıxıb.