27/05/2022
19:23
2926
| A A A
Neymar Premyer Liqa nəhənginin hədəfində

PSG-nin satmaq istədiyi Neymarın müştərilərindən biri bəlli olub.

Goal.az xəbər verir ki, braziliyalı hücumçu Chelsea-nin hədəfinə düşüb.

İngiltərə klubunun yeni sahibləri cənubi amerikalı ulduzun keçidində maraqlıdır. PSG isə ötən il müqaviləsini uzatdığı Neymardan qurtulmaq istəyir. Buna səbəb onun yüksək maaşıdır. Daha üç il Fransa klubunda qalmalı olan hücumçu ildə təxminən 35 milyon avro alır.