29/05/2022
16:18
13605
| A A A
Suarez Premyer Liqaya qayıdır

Atletico Madrid-dən ayrılan Luis Suarez İngiltərə Premyer Liqasında oynaya bilər.

Goal.az xəbər verir ki, Aston Villa uruqvaylı hücumçunun xidmətində maraqlıdır. Birmingem təmsilçisinin baş məşqçisi Stiven Cerrard sabiq komanda yoldaşını sərəncamında görmək istəyir.

Qeyd edək ki, Uruqvay millisinin üzvü daha əvvəl İngiltərədə Liverpool-un formasını geyinib.