09/06/2022
13:20
8132
| A A A
Real Madrid ulduz futbolçuyla anlaşdı

Real Madrid-in yay fasiləsində heyətinə cəlb edəcəyi ikinci futbolçu müəyyənləşib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Antonio Rüdigerdən sonra Monaco-nun yarımmüdafiəçisi Orelyen Tçuameni ilə anlaşıb.

Tərəflər arasında hərtərəfli razılıq əldə olunub, 22 yaşlı orta sahə oyunçusu hətta Fransa millisinin olduğu yerdə tibbi müayinədən də keçib. Bu transfer Knyazlıq klubuna 80 milyon avro qazandıracaq. Monaco daha 20 milyon avro bonus kimi əldə edə bilər.