22/06/2022
19:46
907
| A A A
Neftçi-nin rəqibi ispaniyalı hücumçu transfer edib

Neftçi-nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kipr Aris-i heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın III liqasında çıxış edən Marbelya komandasından Karlos Espositonu transfer edib. 18 yaşlı ispaniyalı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Gənc forvard ötən mövsüm Marbelya-nın U-19 komandasında 26 oyuna 16 qol vurub.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq. (report)