Yoviç A Seriyasına keçir
Fiorentina Luka Yoviçin icarəsi üçün Real Madrid-lə danışıqları davam etdirir.
Goal.az xəbər verir ki, Madrid klubu 24 yaşlı serb futbolçuya maaşının yarısını verməyə hazırdır.
Hücumçu artıq Florensiya klubuna keçidə razılaşıb.
Yoviç ötən mövsüm 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.