Ronaldo Messi ilə komanda yoldaşı ola bilər
Manchester United-in hücumçusu Kriştiano Ronaldo klubu tərk etmək niyyətindədir.
Goal.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə PSG yaxından maraqlanır. Ronaldonun agenti Jorje Mendeş PSG rəhbərliyi ilə sıx əlaqədədir.
Qeyd edək ki, Kriştiano gələn mövsüm Çempionlar Liqasında çıxış etmək istədiyi üçün MU-nu tərk etməyi düşünür.