19/07/2022
14:22
7961
| A A A
Barcelona Depayın qiymətini açıqladı

Barcelona-nın futbolçusu Memfis Depay karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, niderlandlı hücumçu ilə Tottenham yaxından maraqlanır.

London klubu Depay üçün 17 milyon avro təklif edib. Kataloniya təmsilçisi 28 yaşlı forvardı 20 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, 2021-ci ilin yayından Barcelona-da çıxış edən Depay bu komanda ilə 37 oyunda 13 qol vurub.