31/07/2022
11:22
2716
| A A A
Belotti seçim qarşısındadı

İtaliyalı hücumçu Andrea Belotti yeni komanda axtarışlarını davam etdirir.

Goal.az xəbər verir ki, futbolçu Torino ilə müqaviləsi başa çatdığı üçün azad agent statusu alıb.

28 yaşlı italiyalıya Toronto və Valencia maraq göstərir. Futbolçu üçün prioritet isə La Liqa klubudur.

Qeyd edək ki, Belotti ötən mövsüm A Seriyasında 22 oyun keçirib və 8 qol vurub.