02/08/2022
18:18
3298
| A A A
Barcelona legionerini göndərir

Barcelona Martin Breytveytlə yollarını ayıracaq.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi onu başqa kluba sata bilməsə, təzminat ödəyəcəyinə baxmayaraq onun müqaviləsinə xitam verəcək.

Danimarkalı forvardın Barça ilə müqaviləsi 2024-cü ilin yayına qədərdi. Xavinin planlarına daxil olmasa da, forvard komandanı öz istəyilə tərk etmək istəmir.

Azad agent olacağı təqdirdə, Celta və Getafe Martinlə müqavilə imzalamaq üçün mübarizə aparacaq. (sportal)