05/08/2022
14:50
837
| A A A
Azərbaycan millisinin futbolçusu Şamaxı-ya keçir

Zirə klubunun və Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Şamaxı komandasına keçəcək.

Goal.az xəbər verir ki, hazırda 19 yaşlı mərkəz müdafiəçinin keçidi ilə bağlı tərəflər arasında danışıqlar tamamlanmaq üzrədir. Hüseynovun 1 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub.

Ötən gün Zirə Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Hüseynovun icarəyə verilməsi də bu transferdən sonra gündəmə gəlib.

Şamaxı-nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn Zirə ilə danışıqların getdiyini təsdiqləyib. O bildirib ki, hazırda gənc futbolçu Azərbaycanın U-23 yığmasının heyətində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Klub rəsmisi məsələyə İslamiadadan sonra tam aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək. (report)