Verner Bundesliqaya qayıdır
Chelsea-nin futbolçusu Timo Verner karyerasını Almaniyada davam etdirəcək.
Goal.az xəbər verir ki, alman hücumçu Leipzig-lə razılaşıb. Bu barədə Fabritsio Romano tvitter hesabında paylaşım edib.
Bundesliqa klubu 26 yaşlı forvard üçün 30-35 milyon avro ödəyəcək. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Verner 2020-ci ildə Leipzig-dən Chelsea-yə keçib.