10/08/2022
19:06
3833
| A A A
Depay A Seriyasına keçir

Juventus Barcelona-dan hücumçusu Memfis Depayla müqaviləyə xitam verməsini gözləyir.

Goal.az xəbər verir ki, Turin klubu 28 yaşlı niderlandlı üçün Barça-dan endirim istəyib. Futbolçunun özünə isə 6 milyon avro maaş və 2 illik müqavilə təklif olunub.

Depayın kataloniyalılarla müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. O, ötən mövsüm 37 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.