Atletico Madrid Moratanın qiymətini açıqladı
Atletico Madrid Alvaro Moratanın transfer qiymətini müəyyənləşdirib.
Goal.az xəbər verir ki, La Liqa klubu Morata üçün 35 milyon avro istəyir. Madridlilər forvardın potensial müştərisi Manchester United-i də bu barədə məlumatlandırıb.
Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında bitəcək Alvaro son iki mövsümü Juventus-da icarədə olub.