14/08/2022
19:25
1950
| A A A
İnter Şkrinyara əvəzləyici tapdı

İnter müdafiə xəttinə yeni futbolçu almağa qərar verib.

Goal.az xəbər verir ki, A seriyası təmsilçisi Nice-dan Jan-Kler Todibonun transferini planlaşdırır.

22 yaşlı futbolçu Milan Şkrinyarın potensial əvəzləyicisi sayılır. PSG-yə keçəcəyi gözlənilən müdafiəçini Todibo əvəz etməlidir.

Qeyd edək ki, Todibo ötən mövsümün 40 matçında 1 qol vurub.