Pyaniç Barcelona-dan ayrıldı - RƏSMİ
Barcelona Milarem Pyaniçlə yollarını ayırıb.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərində oynayacaq.
32 yaşlı futbolçu Al Sharjah klubu ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Miralem Pyaniç Barcelona-ya 2020-ci ilin yayında Juventus-dan transfer olunub. Yarımmüdafiəçi son mövsümü icarə əsasında Beşiktaş-da keçirib.