20/09/2022
12:47
4672
| A A A
Keyn Tottenham-dən ayrıla bilər

Tottenham-in futbolçusu Harri Keyn karyerasını Chelsea-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, London təmsilçisinin yeni baş məşqçisi Qrem Potter ingilis hücumçunu komandasında görmək istəyir. O, Keynin heyətə cəlb olunması üçün rəhbərliyə müraciət edib.

Chelsea Keyn üçün Tottenham-ə pul və İnter-də icarədə olan Romelu Lukakunu verməyə hazırdır.

29 yaşlı forvard 2011-ci ildən Tottenham-də çıxış edir. O, bu komanda ilə 395 oyunda 254 qol vurub, 60 məhsuldar ötürmə edib.