15/11/2022
19:27
22580
| A A A
Renat Dadaşov Türkiyə klubuna keçə bilər

Grashopper klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ranat Dadaşov mövsümün sonunda komandasını dəyişə bilər.

Goal.az xəbər verir ki, 23 yaşlı forvarda Türkiyədən maraq var. Renat Grashopper-dəki çıxışı ilə Super Liqa klubu Antalyaspor-un diqqətini çəkib. Nuri Şahinin baş məşqçisi olduğu elita təmsilçisi milli üzvünü yaxından izləyir. Klub mövsümün sonuna qədər Renatı diqqətdə saxlayıb, daha sonra qərar vermək niyyətindədir.

Bu yay Wolverhampton-dan Grashopper-ə keçən Dadaşov 15 matçda 4 qol, 1məhsuldar ötürmə ilə yadda qalıb.(futbolpress)