23/11/2022
20:59
1906
| A A A
Atalanta-dan Milan-a

Atalanta klubunun qapıçısı Marko Sportiello komandanı tərk edə bilər.

Goal.az xəbər verir ki, Milan klubu 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı-qaralar” 2023-cü ilin yayında qapıçını azad agent kimi transfer etmək niyyətindədir.

Sportiello cari mövsümdə İtaliya A Seriyasında 6 oyun keçirib.