23/11/2022
22:45
1881
| A A A
Roma-da yeni transfer

Roma heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi Norveçin Bodo/Glimt klubunun yarımmüdafiəçisi Ola Solbakkeni transfer edib.

Tərəflər müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə imza atıblar. Norveçli futbolçu yeni klubuna 2023-cü ilin 2 yanvarından etibarən qoşulacaq. Çünki onun Bodo/Glimt-lə müqaviləsinin müddəti bu ilin 31 dekabrında bitəcək. İtaliya klubu Bodo/Glimt-ə təzminat ödəməyəcək.

24 yaşlı vinger 2020-ci ildən Bodo/Glimt-də çıxış edir. O, Norveç yığmasında 4 oyun keçirib.