Real Madrid-in keçmiş futbolçusu Sabah-a keçəcək
Real Madrid və PSG-nin keçmiş futbolçusu Xese Rodriges karyerasını Azərbaycanda davam etdirə bilər.
Goal.az xəbər verir ki, vinger Sabah-la anlaşmağa yaxındır.
Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.
Hazırda Türkiyə Superliqa təmsilçisi Ankaragücü-nün heyətində çıxış edən Xese Rodriges Real Madrid-in yetirməsidir. (report)