Barcelona-nın keçmiş futbolçusu Səudiyyə Ərəbistan klubuna keçib
Barcelona-nın sabiq futbolçusu Kristian Tello karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Al Fateh-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tello ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.