Fenerbahçe-dən Atletico Mineiro-ya
Fenerbahçe-nin futbolçusu Maurisio Lemos karyerasını Braziliyada davam etdirəcək.
Goal.az xəbər verir ki, uruqvaylı müdafiəçi Atletico Mineiro ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lemosla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Lemos 2020-ci ilin yayından Fenerbahçe-da çıxış edirdi. O, bu mövsüm 2 oyuna çıxıb.