19/02/2023
13:22
3656
| A A A
Sevilla argentinalı futbolçunu transfer etdi

Sevilla heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Argentinanın San Lorenzo klubunun mərkəz müdafiəçisi Federiko Qattonini transfer edib.

23 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. İspanlar bu transfer üçün Argentina təmsilçisinə 1.4 milyon avro ödəyiblər.

Qattoni bu mövsümün sonuna kimi San Lorenzo-da icarə əsasında çıxış etməyə davam edəcək. Argentinalı futbolçu Sevilla-ya yayda qoşulacaq.

Qeyd edək ki, Qattoni San Lorenzo-nun öz yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 70 matçda 6 qol vurub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI