Braziliya klubu Patonun keçidini açıqladı
"Neftçi"dən ayrılan Gilyerme Patonun yeni klubu bəlli olub.
Goal.az xəbər verir ki, braziliyalı vinger ölkəsinin "Fiqeyrense" komandasına keçib. Bu barədə lubun mətbuat xidməti məlumat yayıb. C Seriyası təmsilçisi 23 yaşlı oyunçu ilə müddəti 2024-cü ilin sonunadək olan müqavilə bağlayıb.
2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Gilyerme Pato paytaxt klubunda 32 matç keçirib və 2 qol vurub.