Neftçi və Qarabağ-ın sabiq futbolçusu yenidən Azərbaycanda oynamaq istəyir
Neftçi və Qarabağ-ın sabiq futbolçusu Ailton Silva yenidən Azərbaycanda oynamaq istəyir.
Goal.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan braziliyalı müdafiəçi öz xidmətini Premyer Liqa klublarına təklif edib.
28 yaşlı sol cinah oyunçusunun meneceri bununla bağlı təmaslarını davam etdirir. Fevralın əvvəlində Rusiyanın Rodina klubundan ayrılan Ailtonun Azərbaycanla yanaşı, Avropanın digər ölkələrdə, həmçinin, vətəni Braziliyada da çıxış etmək variantı var. (report)