Firmino gələcəyi ilə bağlı qərar verib
Liverpool-un futbolçusu Roberto Firmino klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Goal.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb. 31 yaşlı hücumçu 2022/23 mövsümünün sonunda Liverpool-dan ayrılacaq. O, müqaviləni yeniləməyəcək və bu yay Liverpool-u azad agent kimi tərk edəcək.