26/09/2018
13:21
3198
| A A A
Dünya çempionatında qrupda penaltilər seriyası olacaq?

FİFA DÇ-2022-nin final mərhələsinin qrup mərhələsinin oyunlarında penalti seriyası tətbiq edə bilər.

Goal.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, bu, qrup mərhələsinin son oyununda baş verə bilər. Qəzet yazıb ki, mundialda iştirak edəcək millilərin sayı 32-dən  48-ə artırılacaq. Bu halda, komandalar hərəsində 3 yığma olmaqla 16 qrupa bölünəcək. Pley-off-a 1-ci və 2-ci yerə çıxmış komandalar yüksələcək. Pley-off-a yüksəlmək üçün iki komanda öz aralarında heç-heçə edəcəyi təqdirdə, əlavə vaxt olmadan penaltilər seriyasının tətbiqi gözlənilir. Penaltilər seriyasında qalib  2 xal, məğlub  komanda isə 1 xal alacaq.

DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə keçiriləcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5998 səs