Real Madrid dünya çempionu oldu
Klublararası dünya çempionatı 2018-in qalibi müəyyənləşib.
Goal.az-ın məlumatına görə, final oyununda Real Madrid və Al Ain (BƏƏ ) klubları qarşılaşıb. Matç İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Real Madrid - Al Ain - 4:1
Qollar:
Modriç, 14 (1:0), Llorente, 60 (2:0), Ramos, 79 (3:0), Siotani, 86 (3:1), Nader, 90-ö.q (4:1)
Beləliklə, Madrid klubu tarixində dördüncü dəfə (2014, 2016, 2017, 2018) bu turnirin qalibi olub. Bu isə rekord göstəricidir.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR