16/02/2019
19:02
3105
| A A A
DÇ-2022-də 48 komanda iştirak edə bilər

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına 32 deyil, 48 komanda qatıla bilər. Goal.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib. Ali futbol qurumunun rəhbəri ötən həftə İstanbulda qətərli nümayəndələrlə bu barədə görüş keçirib. O, görüş zamanı komandaların sayının artırılması barədə müzakirələrin olduğunu söyləyib. İnfantino bu barədə qısa açıqlama da verib: "Mən bu məsələdə optimistəm. Ancaq asandımı? Dürüst olmaq lazımdısa, xeyr".Qeyd edək ki, DÇ-2022 həmin il noyabrın 21-dən dekabrın 18-dək baş tutacaq. 48 komandalı ilk mundialın isə DÇ-2026-da olması gözlənilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28383 səs