20/06/2019
17:15
2427
| A A A
Qətər DÇ-2022-nin ev sahibliyindən məhrum oluna bilər

Futbol üzrə 2022-ci il dünya çempionatı Qətərdə keçirilməyə bilər.

Goal.az xəbər verir ki, FIFA mundialın ev sahibliyi seçimindəki korrupsiya qalmaqalı səbəbindən çempionatın təşkilini təcili başqa bir ölkəyə həvalə edə bilər. Qurumun hazırda bunun üçün gizli görüşlər keçirdiyi bildirilir.

Qeyd edək ki, DÇ-2022-nin Qətərdə keçirilməsi ilə bağlı qərar 2010-cu ilin dekabrında qəbul olunub. Qətərlə yanaşı, ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya yarışı keçirmək üçün namizədliyini irəli sürüb. Bir müddət əvvəl UEFA-nın sabiq prezidenti Mişel Platini DÇ-2022-nin Qətərə verilməsi ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılaraq ifadəsi alınıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28380 səs