10/07/2019
13:18
1264
| A A A
ABŞ-da DÇ-2026-ya ev sahibliyindən imtinanı təklif edən qanun layihəsi hazırlandı

ABŞ-ın Qərbi Virginiya ştatından olan senatoru Cozef Mençin futbol üzrə 2026-cı il dünya çempionatına maliyyə ayırmamağı nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Senatorun əsas tələbi yerli Futbol Federasiyasının qadın futbolçulara kişi futbolçularla müqayisədə ədalətli əmək haqqı ödənişinə razılıq verməsidir. Mençin bildirib ki, ABŞ-ın qadınlardan ibarət yığmasının tarixində dördüncü dəfə dünya çempionu olması onu belə addıma sövq edib: "Futbol komandalarında qadın və kişilərin əmək haqları arasındakı aşkar fərq yolverilməzdir. Şadam ki, qadınlardan ibarət yığmamızın dünya çempionatındakı qələbəsi ictimai rezonans doğurdu".

DÇ-2026 ABŞ-la yanaşı, Kanada və Meksikada da keçirilməlidir. Hazırda dünyanın 7 aparıcı liqasında 1693 qadın futbolçunun ümumi əmək haqqı 42,6 milyon dollardır. Kişi futbolunda isə təkcə İspaniya "Barselona"sının hücumçusu Lionel Messi əmək haqqı və bonuslarla birgə 84 milyon dollar qazanır. "BMT-Qadınlar" strukturu idmanda hər iki cins üçün bərabər əmək haqqı tələb edib. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36169 səs