23/08/2019
15:00
1693
| A A A
Dünya çempionatı üçün 9 futbolçunu milliləşdirəcəklər

Çin Futbol Assosiasiyası 2022-ci il dünya çempionatının seçmə mərhələsi ərəfəsində 9 futbolçunu milliləşdirmək istəyir.

Goal.az xəbər verir ki, bu barədə qurumun prezidenti Çen Xuyuan “Sinxua” agentliyinə bildirib. Onun sözlərinə görə, bu addım kiçik qısa müddətli hədəflərə çatmaları kömək edə bilər: “Biz Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək istəyirik. Bunun üçün əcnəbi oyunçuları milliləşdirə bilərik. Amma bu, bizim uzun müddətli siyasətimiz olmayacaq”.

Qeyd edək ki, hazırda Çinin əhalisi 1,4 milyard nəfərdir. Bu ölkənin futbol yığmasına məşhur italiyalı məşqçi Marçello Lippi rəhbərlik edir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33875 səs