03/12/2019
16:12
2778
| A A A
DÇ-2030-un ev sahibliyinə yeni namizəd

2030-cu ildə dünya çempionatı İngiltərə və İrlandiyada keçirilə bilər.

Goal.az xəbər verir ki, adıçəkilən ölkələr 11 il sonra baş tutacaq mundiala ev sahibliyi etmək fikrindədir.

İngiltərə və İrlandiya futbol assosiasiyaları DÇ-2030-un birgə ev sahibliyi üçün FIFA-ya ərizə təqdim etməyə hazırlaşır. Bu ölkələrin hökumətləri federasiyaların planlarını dəstəkləyərsə, 2022-ci ildə rəsmi müraciət olacaq. Bundan əvvəl Portuqaliya və İspaniya, həmçinin Kolumbiya, Ekvador və Peru 100 illik dünya çempionatını keçirmək niyyətində olduqlarını bildirmişdilər.

Qeyd edək ki, İngiltərənin ev sahibliyi etdiyi son böyük turnir 1996-cı ildəki Avropa çempionatı olub.