30/01/2020
12:53
2871
| A A A
Cüneyt Çakır dünya çempionatından kənar qaldı

Türkiyəli hakim Cüneyt Çakır FIFA-nın 2022-ci ildə keçiriləcək dünya çempionatının hakimlər üçün seminarına dəvət almayıb.

Goal.az xəbər verir ki, buna onun performansı səbəb deyil. 43 yaşlı FIFA referisi yaş həddinə görə mundialdan kənarda qalacaq.

FIFA seminarlara gənc hakimləri dəvət edib. Cüneyt Çakırın 2022-ci ildə 45 yaşı tamam olacaq. Çakır Avropa çempionatının final mərhələsinə təyinat alacaq.

UEFA-dan DÇ-2022-nin seminarlarına dəvət alan hakimlər:

1.Aleksey Kulbakov (Belarus, 1979)

2.Georgi Kabakov (Bolqarıstan, 1986)

3.Maykl Oliver (ENG, 1985)

4.Xesus Xil Mansano (İspaniya, 1984)

5.Benua Bastyen (Fransa, 1983)

6.Daniel Zeber (Almaniya, 1984)

7.Davide Massa (İtaliya, 1981)

8.Andris Treymanis (Latviya, 1985)

9.Srdyan Yovanoviç (Serbiya, 1986)

10.İvan Krujliak (Slovakiya, 1984)

11.Slavko Vinçiç (Sloveniya, 1979)

12.Andreas Ekberq (İsveç, 1985)

VAR hakimləri

1.Kreyq Pouson (İngiltərə, 1979)

2.Pol Tirni (İngiltərə, 1980)

3.Karlos Del Kerro Qrande (İspaniya, 1976)

4.Alexandro Ernandez (İspaniya, 1982)

5.Xuan Martines Munuera (İspaniya, 1982)

6.Marko Qida (İtaliya, 1981)

7.Massimiliano İrrati (İtaliya, 1979)

8.Pol van Bokel (Niderland, 1975)

9.Sərdar Gözüböyük (Niderland, 1985)

10.Danni Makkelie (Niderland, 1983)

11.Pavel Qil (Polşa, 1976)

12.Pavel Raçzkovski (Polşa, 1983)

13.Artur Soares Dias (Portuqaliya, 1979)

14.Hüseyin Göçek (Türkiyə, 1976).