23/05/2020
15:20
1522
| A A A
DÇ-2018-in qızıl medalını hərracda satdı - 66 min avroya

Fransa millisinin adı açıqlanmayan futbolçusu DÇ-2018-in qızıl medalını auksiona çıxarıb.

Goal.az xəbər verir ki, medal 66 min avroya satılıb.

Bununla yanaşı, 1994-ci ildə keçirilən dünya çempionatı və 2002-ci il mundialında Braziliyanın qazandığı qızıl medallar da hərraca qoyulub. Onlar üçün müvafiq olaraq 44 min və 46 min avro ödənilib.

Qeyd edək ki, DÇ-2018-in finalında Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək çempion olmuşdu. (fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5949 səs