19/12/2020
13:26
1154
| A A A
Qətərdə DÇ-2022 üçün daha bir stadionun açılışı oldu

Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün növbəti stadionun rəsmi açılışı olub.

Goal.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Bu, mundial üçün nəzərdə tutulmuş 8 arenadan sayca dördüncüsüdür. Əl-Rayyan adı verilən stadion 40 min azarkeş tutumuna malikdir. Arenada ölkənin dəyərlərini əks etdirən parıldayan, işıqlı və naxışlı fasad var. Stadion dünya çempionatının 7 oyununa ev sahibliyi edəcək.

Qətərdə DÇ-2022 üçün daha əvvəl Xəlifə, Əl-Cənub və Edyukeyşn Siti arenaları açılıb.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr – 18 dekabrda Qətərin 7 şəhərində – Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.