03/02/2021
10:00
915
| A A A
DÇ-2022: Azarkeşlərlə bağlı qərar verildi

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında azarkeşlərin iştirakına icazə veriləcək.

Goal.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino danışıb.

50 yaşlı rəhbər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun Cenevrədə təşkil etdiyi mətbuat konfransında həmin vaxtadək koronavirus pandemiyasına qalib gələcəklərini və fanatların matçları izləyə biləcəyini deyib:

"Stadionlarımız tam dolu olacaq. Çünki o vaxtadək koronavirusu yenəcəyik və bu virusla yaşamağı öyrənəcəyik. Dünya kubokunun sehrinin bütün insanları yenidən birləşdirəcəyinə inanıram. Olmağımız lazım gələn yerə yenidən qayıdırıq".

Qeyd edək ki, 2010-cu ildəki səsvermə nəticəsində ev sahibliyinin Qətərə verildiyi DÇ-2022 21 noyabr- 8 dekabr tarixlərində keçiriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13579 səs